"X-lady" ticarət mərkəzindəki yanğının SƏBƏBİ MƏLUM OLUB

13:07 - 23 İyun 2019 - HADİSƏ

"X-lady" ticarət mərkəzində baş verən yanğının səbəbləri aydınlaşmağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın "X-lady" ticarət mərkəzinin yanındakı "İzabel" ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisdən başalyıb.

Hadisəyə səbəb həmin ofisdəki printerlərdən birinin partlaması olub. Ətrafa yayılan alov qısa zamanda "X-lady" ticarət mərkəzinə də keçib. Yanğın söndürülsə də, 3-cü mərtəbədəki ayaqqabı anbarına ziyan dəyib. "X-lady" ticarət mərkəzinin isə dam örtüyü yanaraq, yararsız hala düşüb.

Məlumata görə, yuxarı mərtəbələrdəki mallara da ziyan dəyib.

Xəbər xətti