Kür çayında batan qardaşlardan birinin meyiti tapılıb

10:05 - 22 İyun 2019 - Xəbər

Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.

Bu gün səhər saatlarında FHN-nin dalğıc-xilasediciləri tərəfindən Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti batdığı yerdən 6 kilometr aralıda tapılaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir./report

 

Xəbər xətti