Bakıda DƏHŞƏTLİ QƏTL: yeznə qaynını öldürüb, arvadını bıçaqladı

08:32 - 21 İyun 2019 - HADİSƏ

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində 1996-cı il təvəllüdlü İsmayılov İbrahim Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
hadisəni törədən Ərəsov Müşviq Etibar oğlu Suraxanı Rayon Polis İdarsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər xətti