Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Rusiyalı deputatlar Gürcüstanı tərk edib- Foto

Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edib.

PPA-nın prezidenti, rusiyalı deputat Sergey Qavrilov və Rusiya Dumasının digər üzvləri Tbilisi hava limanından təyyarə ilə yola salınıblar.

Rusiyalı deputatlar qaldıqları hoteldən çıxarkən vətəndaşların etirazları ilə qarşılaşıblar. Onlar rusiyalı deputatlar istiqamətinə su qabları atıblar.

Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ictimaiyyət arasında böyük narazılıq yaradıb. /report

Tarix
20 İyun 2019 [20:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 20:21:00
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin