“Kamaz” işıqforda 10 avtomobili əzdi - VİDEO

Rusiyanın Moskva ətrafı Radonej kəndi yaxınlığında 11 nəqliyyat vasitəsinin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

İnsident iyunun 18-i yerli vaxtla 7 radələrində Yaroslavsky magistralının 59-cu kilometrliyində qeydə alınıb.

Hadisənin kadrları təhlükəsizlik kamerasına düşüb.

Görüntülərdə, idarəetmədən çıxan yük maşınının işıqforda gözləyən minik avtomobillərinə çırpıldığı görülür.

Polis əməkdaşının bildirdiyinə görə, “Kamaz” 10 minik maşınını əzib.

İlkin məlumata görə, qəzaya yük maşının əyləcində yaranan nasazlıq səbəb olub.

Nəticədə 2 nəfər xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az “Vesti”yə istinadən baş verən qəzanın videosunu təqdim edir:

Namiq

Tarix
20 İyun 2019 [17:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 17:14:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin