Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Bələdiyyə sədri tullantılara görə cəzalandırıldı

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, növbəti belə tədbir iyunun 18-də paytaxtın Suraxanı rayonu ərazisində keçirilib. Reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
20 İyun 2019 [12:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 12:08:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin