Qazaxıstanda təyyarə qəzası: 1 nəfər öldü, 2 nəfər yaralandı

10:36 - 20 İyun 2019 - Xəbər

Qazaxıstanda “AN-2” tipli təyyarə qəzaya düşüb.

“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 9:00 radələrində Akmolins bölgəsində qeydə alınıb. Hadisə nəticəsində 1963-cü il təvəllüdlü pilot həlak olub.

Göyərtədə olan daha iki nəfər ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Təyyarə qismən yanıb. Qəza yerində polis və digər xidməti şəxslər çalışırlar.

Komissiya yaradılıb. Faktla bağlı cinayət işi açılıb.

Xəbər xətti