Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticəlnən yol qəzası olub.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsidə qeydə alınıb.
Belə ki, minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Kərimli Nicat Əlizamin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 
                       
                                             
                                                        
