Zelenski alman jurnalına müsahibəni pilləkəndə oturaraq verib

20:36 - 18 İyun 2019 - Xəbər

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın məşhur “Bild” qəzetinə müsahibə verib. Maraqlıdır ki,  prezident jurnalistlərin suallarını pilləkəndə əyləşərək cavablandırıb.

 Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşün baş tutacağı təqdirdə “Donbas və Krım Ukraynanındır” cümləsiylə nitqinə başlayacağını bildirib:
“Vladimir Putin ilk olaraq bunu bilməlidir - Donbas və Krım Ukraynanındır. Krım Ukraynadır”.

Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair sualı cavablandıran Zelenski bildirib ki, bunun üçün Ukrayna  müəyyən inkişaf yolu keçməlidir. O ölkəsinin NATO-ya etibarlı tərəfdaş olduğunu da vurğulayıb./oxu.az

Xəbər xətti