Şamaxıda yük maşını aşdı, ölən var- Foto

20:03 - 18 İyun 2019 - HADİSƏ

Şamaxı - Göylər - Padarçöl avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şamaxının Göylər kəndi ərazisində qeydə alınıb. Belə ki, Şamaxıdan Padarçöl istiqamətində hərəkət edən “Shacman” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yoldan çıxan maşın bir neçə dəfə yuvarlanıb.

Qəza zamanı Sumqayıt şəhər sakini olan 1964-cü il təvəllüdlü sürücü Məmmədov Mürsəl Sərdar oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo


Xəbər xətti