Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

İrandan Azərbaycan ərazisi ilə Avropaya heroin aparılmasının qarşısı alınıb- Foto

Dövlət Gömrük Komitəsi əməkdaşlarının daha bir uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə - heroin aşkar edilərək dövriyyədən çıxarılıb.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan ölkə ərazisinə daxil olacaq "İveco" markalı, B979SAL/B876SAL nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana yüksüz daxil olan, Türkiyə vətəndaşı Karataş İmdatın idarə etdiyi "İveco" markalı, B979SAL/B876SAL dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə "Maylo" ləqəbli kinoloji xidmət iti tətbiq edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabininə reaksiya verdiyindən yoxlama davam etdirilib və nəqliyyat vasitəsinə "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin kabinində- sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin kabinində- oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan düzbucaqlı formalı çənin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərlərində "GOLD 2018 TAK" yazısı olan cəmi 251 ədəd düzbucaqlı formalı, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 128 kq 689 qram təşkil edən bağlamalar aşkar olunub. Baxış zamanı bağlamalarda spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
18 İyun 2019 [16:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-18 16:33:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin