Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Bakıda 25 manata görə gənci amansızlıqla öldürdülər

İyunun 14-də axşam saatlarında Bakının Xətai rayonunda törədilmiş qətlin üstü açılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a Xətai rayon Prokurorluğundan məlumat verilib. Cinayətin qurbanı 18 yaşlı Mehdi Əliyevdir. Qatil ona səkkiz bıçaq zərbəsi endirib. İnsident Məhəmməd Hadi küçəsində, 91 saylı binanın qarşısında baş verib.

İyunun 17-də cinayət-axtarış şöbəsinin əməliyyatçıları qətli törətməkdə şübhəli bilinən 21 yaşlı Cavid Hüseynovu saxlayıblar.
İlkin məlumata əsasən, gənclər arasında münaqişəyə M.Əliyevin C.Hüseynova 25 manat borclu olması səbəb olub. M.Əliyevin borcu ödəməkdən imtina etməsi C.Hüseynovu özündən çıxarıb və nəticədə qanlı cinayət baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.

Tarix
18 İyun 2019 [15:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-18 15:45:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin