Xırdalanda polis intihar etdi - Borca görə

Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. İyunun 17-də axşam saatlarında 37 yaşlı Hətəmov Rəşid Feyruz oğlunun meyiti yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. R.Hətəmov Bakı metrosunda post-patrul xidmətində çalışıb.

Əldə etdiyimiz məlumata görə, intihar şənbə günü baş verib. Polis serjantı R.Hətəmovun iki gün iş yerinə gəlməməsi metropolitendə narahatlığa səbəb olub. Məlum olub ki, o, həyatına son qoymazdan bir neçə gün əvvəl ailəsini İsmayıllı rayonuna aparıb.

Hazırda intihar faktını Abşeron rayon Prokurorluğu araşdırır. Hadisə yerində kriminalistlər məktub tapıb. Orada R.Hətəmovun kimlərə borcunun olduğu və müvafiq olaraq məbləğləri göstərilib. Polis əməkdaşının ümumilikdə 15 min manatdan çox borcu yığılıb.

İlkin ehtimala görə, onu bu addımı atmağa məhz maddi sıxıntı və yığılan borcları vadar edib.

Tarix
18 İyun 2019 [12:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-18 12:41:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin