Masallıda yol qəzasında yaralananlardan biri xəstəxanada ölüb

12:22 - 18 İyun 2019 - HADİSƏ

Ötən gün Masallı rayonunda yol qəzasında xəsarət alanlardan biri bu gün xəstəxanada ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu, rayonun Dadoba kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənovdur.

Qeyd edək ki, iyunun 17-də axşam saatlarında Masallı-Yardımlı yolunun Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib. Masallı rayonunun Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Dadoba kənd sakinləri - 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov və 1981-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilib. Qəzadan sonra Ərkivan qəsəbəsi və ətraf kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti