Azərbaycanda 89 yaşlı kişi evləndi

2018-ci ildə 50 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 2810 nəfər olub. 

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1862 nəfəri kişi, 948 nəfəri qadın olub.

Qeyd edilib ki, ötən il 60 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 917 nəfər olub, onlardan 707 nəfəri kişi, 210 nəfəri qadındır. 70 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı isə 205 nəfərdir. Onlardan 188 nəfəri kişi, 17 nəfəri isə qadındır.

Bundan əlavə, ötən il nikaha daxil olan zaman ən yaşlı kişinin 89, ən yaşlı qadının isə 83 yaşı olub.

Tarix
18 İyun 2019 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-18 11:44:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin