Zəlzələ nəticəsində binanın uçması ilə bağlı 17 vəzifəli şəxs həbs olunub

20:31 - 16 May 2025 - DÜNYA

Tailand polisi Banqkok zəlzələsindən sonra Baş Auditor İdarəsinin binasının uçması ilə bağlı 17 nəfərin həbsinə order verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Nation” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, şübhəlilər arasında İtaliya-Tay İnkişaf şirkətinin sədri, biznesmen Premchai Karnasut da var.
O və işdə iştirak edən digər şəxslər ehtiyatsızlıqdan ölümlə nəticələnən cinayət ittihamı ilə üzləşirlər ki, bu da maksimum ömürlük həbs cəzasını nəzərdə tutur. Bütün şübhəlilər əsasən layihə və tikintiyə nəzarət şirkətlərinin direktorlarıdır.

Baş Auditorluğun tikilməkdə olan 30 mərtəbəli binasının uçmasına səbəb olan zəlzələ nəticəsində 89 inşaat işçisi həlak olub, onlardan 72-nin şəxsiyyəti müəyyən edilib.

Xəbər xətti