Xoşqədəm Hidayətqızının vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"

11:34 - 18 İyun 2019 - Xəbər

Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.O, “Facebook” səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib.

Ucnoqta.az xəbər verir ki, Nazilə Səfərlinin bu açıqlamasından sonra Xoşqədəm Hidayətqızının vəkili Unikal.org-a açıqlama verərək, məsələyə münasibət bildirib.Vəkil qeyd edib ki, şairə bu açıqlaması ilə qanunlara qarşı üsyan etdi:

"Nizami rayon məhkəməsi və Bakı Apelyasiya məhkəməsi Xoşqədəm Hidayətqızının verdiyi iddianı təmin etdi. Biz qanunla müəyyən edilmiş qaydada hüquqlarımızı müdafiə edirik. Xoşqədəm xanım qanun qanun necə tələb edirsə, o qaydada da hüquqlarının müdafiəsini məhkəmədən xahiş edib.

Məhkəmə də aparıcının hüquqlarının Nazilə Səfərli tərəfindən pozulduğunu müəyyən edib. Nazilə xanım birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Lakin onun apelyasiya şikayəti qanunsuz və əsassız olduğundan təmin edilməyib. İndi Nazilə xanım qanunun tələbini qoyur bir kənara deyir ki, mən heç vaxt Xoşqədəm xanımdan üzr istəməyəcəm və təkzib verməyəcəm.

Bu o deməkdir ki, Nazilə xanım qanuna üsyan edir.Xoşqədəm xanım məhkəmənin qərarına hörmətlə yanaşır. Buna görə də qərarın icra olunmasını tələb edəcək. Məhkəmənin qəbul etdiyi qərarlar hamı üçün, o cümlədən Nazilə Səfərli üçün də məcburidir.

O, xanımın məhkəmə qərarını icra etməməsi onun barəsində inzibati məsuliyyət yaradır. Sonra isə cinayət məcələsinin 306-cı maddəsi ilə cinayət məsuliyyəti yaradır. Qanunvericiliklə məhkəmə qərarının icra edilməməsinə görə  ilkin olaraq həm 500 manatdan min manata qədər cərimə, həm 2 aya qədər inzibati həbs nəzərdə tutulur.

Mən hesab edirəm ki, Nazilə xanım qanunlara hörmətlə yanaşmalıdır."

Xəbər xətti