Tərtərdə iki traktor yanıb

11:09 - 18 İyun 2019 - HADİSƏ

Tərtərdə iki traktor yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda iki traktor qoşqusunun yanar hissələri, qoşqulara yığılan 4 ton ot bağlaması və bitişik 6 ton ot bağlamasının 2 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti