Məhəmməd Mursinin ölüm səbəbi araşdırılır

Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən gizli şəraitdə dəfn olunub

Misirin hərbi yolla devirilmiş prezidenti Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən, yeri və tarixi gizli saxlanılmaqla dəfn olunub. “Report” İsrail KİV-inə istinadən xəbər verir ki, onu ölkə paytaxtı Qahirənin şimalındakı Nasr-siti rayonunda torpağa tapşırıblar.

Bildirilib ki, hakimiyyət onun vəsiyyətinə qarşı çıxıb. M.Mursi Nil çayının deltasında yerləşən doğulduğu əl-Ədva kəndində dəfn olunmağı vəsiyyət edib. Mərasimə mərhum prezidentin yaxınları və vəkilləri qatılıblar.
Misirin baş prokuroru Nabil Sadik Məhəmməd Mursinin ölümünün səbəbinin araşdırılması üçün qrupun yaradılması barədə göstəriş verib.

Misir KİV-i yazıb ki, Misirdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə Məhəmməd Mursinin belə şəraitdə dəfn olunub.

Qeyd edək ki, Məhəmməd Mursi iyunun 17-də məhkəmə zalında vəfat edib. O 1951-ci ilə avqustun 20-də anadan olub. 2012-ci ildə keçirilən seçkidə qalib gələnə Məhəmməd Mursi 2013-cü ildə o vaxtkı müdafiə naziri, general Əbd əl-Fəttah əs-Sisi tərəfindən hərbi yolla devirilib. M.Mursi cəsusluq, dövlətə xəyanət və başqa cinayətlərdə şübhəli bilinərək, həbs edilmişdi. 

Tarix
18 İyun 2019 [10:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-18 10:31:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin