Röyanın bu paylaşımı səs-küy yaratdı - Foto

11:38 - 16 İyun 2019 - MAQAZİN

Əməkdar artist Röya Ayxanın İnstaqramda paylaşdığı foto müzakirələrə səbəb olub.

Onun geyindiyi qara koftanın üstündə "Love is love" (Sevgi sevgidir) LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) şüarının olması tənqid edilib. Bir çox lezbiyan, gey və biseksuallar LGBT "Qürur ayı"nda (hər il iyunda qeyd edilir) Röyaya paylaşımı üçün təşəkkür ediblər.

Onlar müğənninin LGBT-yə dəstək olduğunu vurğulayıblar.
360-dan çox şərhin yer aldığı paylaşımda Röyanı tənqid edənlər də yer alıblar./axsham.az


Xəbər xətti