Gürcüstan parlamentinin I vitse-spikerindən “Keşikçidağ” BƏYANATI

21:17 - 15 İyun 2019 - Xəbər

Hər iki tərəf “Keşikçidağ”ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik.

Bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili deyib. O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq.

“Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu, çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir”, - deyə T. Çuqoşvili vurğulayıb./Apa

Xəbər xətti