Polşada aviaşouda təyyarə suya düşdü, pilot öldü - Video

18:26 - 15 İyun 2019 - Xəbər

Polşada aviaşou zamanı faciə baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə gözlənilmədən çaya düşüb. Hadisə nəticəsində hava gəmisinin pilotu dünyasını dəyişib.

Məlumata görə, mərhumun 60 yaşı var idi. Onun aviaşouda iştirak etmək üçün Almaniyadan gəldiyi deyilir.

Qeyd edək ki, məlum hadisəyə görə aviaşou dayandırılıb. 

Xəbər xətti