Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı

09:07 - 15 İyun 2019 - Xəbər

Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb. "Qafqazinfo" xəbər verir ki, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib. Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib. *** "Yeni-Müsavat"ın məlumatına görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.

Xəbər xətti