Qusarda FACİƏLİ HADİSƏ: ana və yeni doğulan uşağın meyiti tapılıb

09:17 - 14 İyun 2019 - Xəbər

Qusar rayonu ərazisində ana və yeni doğulan uşağın meyiti tapılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Suvacal kəndində qeydə alınıb. Kənd sakini 27 yaşlı Ema Ağamuradova yaşadığı evin ərazisində uşaq dünyaya gətirdikdən sonra ölüb. Onun və dünyaya gələn uşağın meyiti aşkarlandıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Uşağın dünyaya ölü gəldiyi bildirilir.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbər xətti