Türkiyədə kondisioner PARTLADI: Ölən və yaralananlar var

21:06 - 13 İyun 2019 - Xəbər

Türkiyənin Antalya şəhərinin Muratpaşa qəsəbəsində yerləşən özəl xəstəxananın kondisioner sistemi partlayıb.

Hürriyet xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzanın kondisioner sistemində sazlama işləri aparılarkən baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti