Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

İyunun 13-də Azərbaycan – Avropa İttifaqı biznes forumu çərçivəsində biznes mühitinə, kənd təsərrüfatı, nəqliyyat və logistika, İKT və turizmə dair 4 panel müzakirə keçirilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanın biznes mühitinə həsr olunmuş panel iclasda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Mehman Abbas, Avropa İnvestisiya Bankının nümayəndəsi Jan-Jak Sulakrup, “KPMG Azerbaijan Limited” şirkətinin nümayəndəsi Fərid İsayev, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson müvafiq olaraq Azərbaycan iqtisadiyyatına, ölkəmizdə aparılan islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühitinə, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlərə dair fikirlərini bildiriblər.

Vurğulanıb ki, Azərbaycanda həyata keçirilmiş islahatların fonunda təsadüfi deyil ki, ölkəmiz Dünya Bankının “Doing Business 2019” hesabatında 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, MDB ölkələri arasında lider, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab olunub.

Kənd təsərrüfatına dair paneldə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, “Dövlət Aqrar Ticarət Şirkəti”nin direktoru Leyla Məmmədova və aidiyyəti şirkət nümayəndələri aqrar sahənin qeyri-neft sektorunun mühüm istiqamətlərindən olduğunu, bu sahənin ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edib, aqrar sektorda görülən işlər və həyata keçirilən layihələr, eləcə də aparılan islahatlar və onların nəticələri barədə məlumat veriblər. Bildirilib ki, ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan və Avropa İttifaqı arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Nəqliyyat, logistika və İKT panelində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Fərhan Quliyev, Avropa İnvestisiya Bankının nümayəndəsi Katerina Barberis və bir sıra şirkətlərin təmsilçiləri Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-tranzit potensialı, nəqliyyat və logistikanın ölkə iqtisadiyyatının prioritet sahələrindən olmasından, bu sahədə Aİ ilə əməkdaşlıq imkanlarından danışıblar.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədr müavini Ceyhun Aşurovun, Azərbaycan Turizm Bürosunun  baş icraçı direktoru Florian Zenqstşmidin, “Abşeron Hotel Group”un baş direktoru Rodderiç Leflerin, “Chenot Palace Hotel”in baş direktoru Daniel Burkardın və sahibkarların çıxış etdiyi turizm panelində isə müvafiq sahənin inkişafı, ölkəmizin turizm cəlbediciliyinin artırılması istiqamətində görülən işlər və yaradılmış müasir infrastruktur barədə məlumat verilib.

Panel iclaslarda aidiyyəti sahələr üzrə Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.

Tarix
13 İyun 2019 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-13 18:41:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin