Göygöldə ağır qəza: mikroavtobus məktəb binasına çırpıldı - Xəsarət alanlar var

18:33 - 13 İyun 2019 - Xəbər

Göygöldə xeyli sayda sərnişinin xəsarət aldığı yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Hacıkənd avtomobil yolunun Aşıqlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarında olan məktəb binasına çırpılıb. Qəza zamanı 10-dan artıq sərnişin xəsarət alıb. Yaralılar Göygöl Mərkəzi rayon Xəstəxanasına və Gəncədə olan özəl xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti