Putin jurnalistlə bağlı qalmaqala görə iki generalı işdən qovdu

Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə narkotik satışında ittiham olunaraq saxlanılıb daha sonra sərbəst buraxılan “Meduza” saytının jurnalisti İvan Qolunovla bağlı qalmaqala görə iki generalı polis orqanlarından uzaqlaşdırıb. “Qafqazinfo”nun rus KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin Moskva üzrə rəisi Devyatkin Yuri və Dövlət Daxili İşlər Nazirliyinin Qərb İnzibati Rayon Şöbəsinin Daxili İşlər İdarəsinin Moskva üzrə rəisi Andrey Puçkov vəzifəsindən azad edilib. Xatırladaq ki, iyunun 12-də Moskvada İvan Qolunova dəstək məqsədilə razılaşdırılmamış kütləvi aksiya keçirilib. Aksiyada 1200-ə yaxın insan iştirak edib. 200-dən çox etirazçı saxlanılıb.
Tarix
13 İyun 2019 [15:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-13 15:09:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin