Şəkidə üç qadın gilas ağacından yıxılıb

İyunun 12-si axşam saatlarında Şəki rayonunun Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Gülcahan Nağıalı qızı Ağaməmmədova, Fazıl kənd sakini, 1969-cu il təvəllüdlü İlhamə Rəcəbəli qızı Məmmədova və Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Nəzakət Müseyf qızı Həziyeva gilas ağacından yıxılıblar.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, eyni gündə, müxtəlif saatlarda ağacdan yıxılan sakinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxansına daxil olublar.

Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı hər üç qadının yaşadıqları ünvanda gilas yığıan zaman ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması məlum olub. Yaralılardan G.Ağaməmmədovanın və N.Həziyevanın müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. İ.Məmmədovanın xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Tarix
13 İyun 2019 [09:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-13 09:20:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin