Oğuzda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO

16:59 - 12 İyun 2019 - HADİSƏ

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "VAZ-2107" markalı 48-BE-233 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə 5 nəfər olub. Onlardan birinin öldüyü bildirilir.

Yaralanan şəxslər isə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb./report


Xəbər xətti