ATƏT PA-nın prezidenti: "Azərbaycanın səylərini dəstəkləyirik"

"Azərbaycanın səylərini dəstəkləyirik. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması istiqamətində addımlar atır".

Bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

O bildirib ki, dialoqun gücləndirilməsinə çalışmaq lazımdır: "Biz bu istiqamətdə işlər görürük. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. 47 üzv dövlət var, həmin dövlətlərin bəzilərində münaqişələr var. Amma buna baxmayaraq, bir masa arxasında müzakirələr apara bilərik. Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür".

Tarix
12 İyun 2019 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-12 11:51:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin