Mayda gündəlik neft hasilatı 776 min barrel olub

Respublikada may ayı üzrə gündəlik neft hasilatı 776 min barrel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunun 699 min barrelini xam neft, 77 min barrelini kondensat təşkil edib. Gündəlik 494 min barrel xam neft, 75 min barrel kondensat, 14 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2 min barrel təşkil edib.

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

Tarix
11 İyun 2019 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-11 10:47:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin