Xəzər dənizində tanker partladı: ölənlər var

Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.

Bu barədə “Ren TV” məlumat yayıb. “Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

“İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.
“RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.
“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər./oxu.az

Tarix
11 İyun 2019 [09:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-11 09:51:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin