Bu günədək 181 min hektar ərazidə taxıl biçini aparılıb

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. İyunun 10-na olan operativ məlumata görə, ölkə ərazisində 181486 hektar ərazidə taxıl biçini aparılıb, 171231,7 hektar ərazidə arpa, 10254,3 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 528743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28645 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Ölkə üzrə taxıl biçininə 1348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 71710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 110977,6 hektar sahə biçilib.

Azərbaycanda bu günədək 181486 hektar sahədə taxil biçini aparılıb.

Tarix
10 İyun 2019 [21:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-10 21:14:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin