Prezident modul tipli məktəblərin quraşdırılmasına pul ayırdı

18:58 - 10 İyun 2019 - Xəbər

Prezident İlham Əliyev Azərbaycanda təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 18 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbər xətti