“CinemaPlus Quba” kinoteatrında sənədli filmin təqdimat keçirilib- Foto

"ASAN həyat" KinoKlubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilmiş ucqar kənddə çalışan gəncdən bəhs edən "Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib.

Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn sənədli filmdə Qubanın V. Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində Rus dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gedərək ucqar kənddə çalışması, kənd həyatı, müəllimlik fəaliyyətində gördüyü işlər, qarşılaşdığı çətinliklər, buna baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunub.

Sənədli film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Layihənin rəhbəri Xədicə Əliyeva, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, ikinci rejissoru Orxan Kərimlidir. Filmin müddəti 60 dəqiqədir.

Təqdimatda layihə rəhbəri Xədicə Əliyeva layihənin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırıb. Layihə haqqında məlumat verən X. Əliyeva çəkiliş prosesi və məqsədi haqqında məlumat verib. Layihə rəhbəri sənədli filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Daha sonra Quba rayon Təhsil şöbəsi Metodik mərkəzin direktoru Namik Hümbətov, Quba rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mənsur Ağayev, Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbinin direktoru Rafael Məmmədov layihəni yüksək qiymətləndirib, film haqqında fikirlərini bildiriblər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tarix
10 İyun 2019 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-10 11:43:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin