Ronaldu leykemiyadan əziyyət çəkən uşağın arzusunu yerinə yetirdi - VİDEO

16:12 - 9 İyun 2019 - Xəbər

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu azyaşlı azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu saxlatdırıb.

“A Bola” nəşrinin məlumatına görə, bu, Portuqaliya yığmasının Millətlər Liqasının finalından öncə keçirdiyi məşqdən sonra olub.

Leykemiya xəstəliyindən əziyyət çəkən 11 yaşlı uşaq əlində “Kriştianu Ronaldu, qucaqla məni” sözləri yazılan plakatla yolun kənarında Portuqaliya millisinin avtobusunu gözləyib.

Uşağı görən Ronaldu sürücüdən avtobusu saxlatdırmağı istəyib və uşağın xahişini yerinə yetirib./oxu.az

Xəbər xətti