Ağstafada 23 yaşlı qızı ilan sancdı

09:35 - 8 İyun 2019 - HADİSƏ

Ağstafa sakinini ilan sancıb. 

Rayonun Saloğlu qəsəbə sakini 1996-cı il təvəllüdlü Ağabalıyeva Çiçək Nüsrət qızı axşam çağı evinə gedərkən yolda ilan onun sol ayağını sancıb.

Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. /qafqazinfo

Xəbər xətti