3 yaşlı uşağın oğurlanması ilə bağlı cinayət işi başlandı

18:04 - 7 İyun 2019 - Xəbər

Bakının Sabunçu rayonunda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun  verdiyi məlumata görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Sabunçu rayon Sabunçu qəsəbə sakini, 2015-ci il təvəllüdlü Bağırzadə Zəhra Rəsul qızı iyunun 4-də günorta saatlarında yaşadığı evdən itkin düşmüşdü. Azyaşlı iyunun 6-da tapılaraq ailəsinə təhvil verilib./trend

Xəbər xətti