Yük maşını turistlərin olduğu düşərgəyə girdi: 2 ölü, 10 yaralı - FOTO

15:30 - 7 İyun 2019 - HADİSƏ

Xorvatiyada yük maşınının turistlərin olduğu düşərgəyə sürülməsi nəticəsində 2 nəfər ölüb, 10 yaxın insan isə xəsarət alıb. Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, insident iyunun 7-si Zaqreb – Lipovaç trasında qeydə alınıb.

Məlumata görə, ölənlərin ikisi də uşaq olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza yük maşınının əyləcində yaranan nasazlıq səbəbindən baş verib.

 

Namiq

Xəbər xətti