Bakının bu rayonunda iki gün su olmayacaq

11:12 - 7 İyun 2019 - Xəbər

Bakının Nəsimi rayonunun bir hissəsində iki gün su olmayacaq.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7-8 iyun tarixlərində rayonun bir hissəsinə içməli suyun verilişində fasilələr yaranacaq. 

Xəbər xətti