Ekspertdən plastik kartların istifadəsi ilə bağlı yeni təkliflər

10:43 - 7 İyun 2019 - Xəbər

Son illər Azərbaycanda və xüsusən də Bakıda post-terminalların sayının artmasına baxmayaraq hətta paytaxda belə bir sıra satiş və xidmət obyektlərində plastik kartlarin istifadə edilməsində problemlər qalmağdadır.

Problem ondadır ki, plastik kart sahibləri bəzi xidmət məntəqələrində, xüsusən də bir sıra kafe  və restoranlarda plastik kart vasitəsi ilə ödəniş etmək istəsələr də onları kartı müxtəlif bahələr ilə qəbul edilmir. Belə kafe və restoranlar “post-terminalın işləməməsi”, “bankla distant əlaqənin olmaması” kimi fərqli bəhanələrdən istifadə edirlər.

“İstehlakçilarin maarifləndirilməsi və hüquqlarının müdafiəsi” ictimai birliyinin sədri, iqtisadiçı alim Azər Sərdarov bildirib ki, belə hallar birbaşa istehlakçıların hüquqlarının pozulması deməkdir.

Rəhbərlik etdiyi birlik tərəfindən aparılan monitorinqin nəticələrinə toxunan Azər Sərdarovun sözlərinə görə, market və ictimai iaşə obyektlərində, eləcə də tikinti mallarinin satış yerlərində post-terminalların olmasına baxmayaraq, ödənişlər əksər hallarda nağd olaraq tələb edilir.

Monitorinq nəticəsində bəlli olub ki, həmin  obyektərin   sahibləri post-terminallardan istifadə edilməməsi səbəblərini ödəniş kartlari ilə işləməyin əlavə cətinliklər yaratması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, işci əmək haqqını gündəlik və nəğd istəyir, obyektin sahibi icarə pulunu nağd istəyir, gündəlik bazarliğa, kommunal və izafi xərclərə  nağd pul tələb olunur, banklar "nagdlaşdırma" əməliyyatına məhdudiyyət tətbiq edir və əlavə olaraq 1% komissiya tutur və s. Azər Sərdarov bildirib ki, bu arqumentlər heç bir halda qəbul edilən deyil. Əksinə belə hallar “Nağdsız hesablaşmalar haqqında”  və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikasinin qanunlarını pozmaq deməkdir.

İstehlakcı hüquqları üzrə mütəxəssis Azər Sərdarov hesab edir ki, sizdən bank kartını gəbul etməyib nəğ pulla ödəmək tələb edilirsə,  dərhal Vergilər Nazirliyinin 195 çağri mərkəzinə məlumat  verməlisiniz. Bu baxımdan öz yaxınlarınıza həmin obyektlərə getməməyi tövsiyyə etməyinizə və bununla belə hər hansı obyektin xidmətlərindən istifadə etmək istədiyinizdə ilk növbədə nagdsız ödəniş yolu ilə hesablaşacağınızı əvvəlcədən bildirməyinizə ehtiyac vardır.

Azər Sərdarov həmçinin qanunvericiliyə dəyişikliklər edilməsi və post-terminallardan istifadə olunmamasına görə məsuliyyəti ağırlaşdırılmasını da təklif edir. Onun təklifinə görə, plastik kartlar qəbul etməkdən imtina edən sahibkarlıq subyektləri üçün xüsusi cərimlərin də müəyyənləşdirilməsinə ehtiyac var.

Xəbər xətti