Masazırda 23 yaşlı fəhlə hündürmərtəbəli binadan yıxılıb

22:49 - 6 İyun 2019 - Xəbər

Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu Masazırda yerləşən hündürmərtəbəli binadan yıxılıb.
O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

Bildirilir ki, P.Məmmədov həmin binada fəhlə işləyirmiş./report

Xəbər xətti