Almaniya "Putinin raketləri"nə qarşı dəhşətli silah yaradır

20:17 - 6 İyun 2019 - Xəbər

2018-ci ildə Bundesverin (Almaniya silahlı qüvvələri) Silahlanma və informasiya texnologiyaları üzrə idarəsi hipersəsli silahın yaradılması üzrə milli proqram hazırlayıb.

Bunu MBDA Avropa şirkətinin satış bölməsinin rəhbəri Piter Xaylmayer “Die Welt” nəşrinə bildirib.

Menecerin sözlərinə görə, söhbət idarə olunan raketin hazırlanmasından gedir. Silahın prototipinin yaradılması ən yaxın üç ilə planlaşdırılır. Xaylmayerin sözlərinə görə, silah Rusiyanın pilotsuz təyyarələri, yeni Rusiya tankı və “Putinin raketləri”nə mane olmalıdır.

Xatırladaq ki, 2018-ci ilin martında Rusiya prezidenti Vladimir Putin Federasiya Məclisinə müraciəti zamanı bir sıra silahları, xüsusi halda, hipersəsli “Avanqard” və “Xəncər” raketlərini təqdim edib./publika.az

Xəbər xətti