Gürcüstanın Kazbeqi rayonunda turistləri gəzdirən vertolyot dağlıq ərazidə qəzaya düşüb.
“Qafqazinfo” Gürcütsan KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 2 heyət üzvü və mehmanxana əməkdaşı dünyasını dəyişib.
"Rooms Hotel Kazbegi" otelinə məxsus “Bell 505” vertolyotu 2018-ci il istehsalı olub. Hadisə yerində xilasedicilər, polis və ekspertlər çalışır.
Faktla bağlı cinayət işi açılıb.