"WhatsApp"ın işində problem yarandı

14:21 - 6 İyun 2019 - Xəbər

"WhatsApp" mesencerinin işində problem yaranıb. Məlumatına görə, problem bir çox ölkələrdə müşahidə olunub.

İstifadəçilər məlumatların qəbul edilib ötürülməsi (64 faiz), şəbəkəyə qoşulmaq (32 faiz) və sistemə daxil olarkən (3 faiz) problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Qeyd olunur ki, əsasən Belçika, Almaniyada "WhatsApp" istifadəçiləri üçün problemlər yaranıb./trend

 

Xəbər xətti