Ermənistan silahlı bölmələrinin işğal etdiyi Azərbaycan ərazilərində ötən gecədən törətdiyi yanğınlar davam edir.
Ermənilərin Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri ərazisində çıxardığı yanğın daha geniş ərazilərə yayılıb.
Alov qoşunların qarşıdurma xəttinə keçib.
Yanğın gedən neytral ərazilərdə basdırılan minalar partlayışa səbəb olur.
Partlayış baş verən zaman cəbhə xəttində yaxın olan kəndlərdən də eşidilir./ona.az