BŞBPİ: Üç yaşlı Zəhranın axtarışları intensiv şəkildə davam etdirilir

13:01 - 6 İyun 2019 - Xəbər

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub./report

 

Xəbər xətti