“YouTube” video platforması yeni qadağa tətbiq edib.
Ucnoqta.az “Ölkə.Az” -a istinadən xəbər verir ki, video platforma bundan sonra öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib.
“YouTube”dan bildirilib ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən video çarxlar üçün sərt tələblər yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb.
“Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, - deyə şirkətdə bildirilib.