Lift 19-cu mərtəbədən aşağı uçdu, 9 yaşlı qız sağ qaldı - VİDEO

14:16 - 5 İyun 2019 - Xəbər

Çində içində 9 yaşlı qızın olduğu nasaz lift 19-cu mərtəbədən aşağı uçub, uşaq sağ qalıb.

AsiaOne portalı hadisənin videosunu yayıb. Bildirilir ki, hadisə Şençjen şəhərində mayın 28-də baş verib.

Kadrlardan görünür ki, iki uşaq liftlə 19-cu mərtəbəyə qalxır. Oğlan liftdən çıxanda, sistemdə nasazlıq baş verir və lift sürətlə enməyə başlayır.

Liftin kabinəsi birinci mərtəbədə dayanır və uşaq sağ qalır. 9 yaşlı qızın psixoloji travma aldığı bildirilir./oxu.az

Xəbər xətti